Rusiya Nikol Paşinyana seçkilərdə qələbəsi münasibətilə təbrik göndərməzdən əvvəl Ermənistandakı səsvermənin rəsmi nəticələrini gözləməyə üstünlük verir.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Yekun rəsmi nəticələri gözləmək vacibdir. Biz rəsmi nəticələri gözləməyə üstünlük veririk", - deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov izah edib ki, səsvermə zamanı Ermənistan tərəfindən çoxsaylı qanun pozuntuları qeydə alınıb və bu da rəsmi nəticələri xüsusilə vacib edir.
Aytac,
Sitat.info