Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketi çərçivəsində liman və aeroportlara qadağalar tətbiq edəcək.
Sitat.info xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Rusiyanın iki limanı və dörd hava limanı tranzaksiya qadağası ilə üzləşəcək”, - paylaşımda deyilir.
Qeyd edək ki, Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə dair təkliflər bu gün təqdim edilib.