Bakıda qadın sürücü piyadanı vuraraq öldürdü

09:42 10 İyun 2026

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sitatinfo Report-a istinadla xəbər verir ki, Şəfəq Fərman qızı Məmmədova idarə etdiyi "Mazda" markalı avtomobillə Nəsimi rayonu, Cavadxan 23 ünvanında hərəkətdə olarkən piyada Arzu Əhməd qızı Əliyevanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.



Xəbər xətti