ABŞ-ın hücumları beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır - İran XİN

12:21 10 İyun 2026

İran Xarici İşlər Nazirliyi ABŞ-ın ölkənin cənub bölgələrinə endirdiyi zərbələri beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib.

Sitat.info xəbər verir ki, nazirliyin açıqlamasında bildirilib ki, hücumlar BMT Nizamnaməsinə və dövlətlər arasında güc tətbiqini qadağan edən beynəlxalq hüquq normalarına ziddir. Tehran ABŞ-ın hücumlarına cavab olaraq bölgədəki Amerika hərbi obyektlərini hədəf aldığını vurğulayıb.

İran həmçinin region ölkələrini ərazilərinin İrana qarşı əməliyyatlar üçün istifadə olunmasına imkan verməməyə çağırıb və BMT-ni məsul şəxslərin cavabdehliyə cəlb olunmasını təmin etməyə səsləyib.

Qeyd edək ki, ABŞ daha əvvəl Umman sahilləri yaxınlığında AH-64 Apache helikopterinin qəzaya uğradığını açıqlamış, bundan sonra İranın cənub bölgələrinə zərbələr endirmişdi.

Aytac,

Sitat.info



Xəbər xətti