İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın ölkənin suverenliyi və ərazi bütövlüyünü pozan hərəkətlərindən sonra Tehranın özünü müdafiə etmək hüququna malik olduğunu bildirib.
İran Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Əraqçi Türkiyə və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə telefon danışığı zamanı ABŞ-ın hərbi əməliyyatlarını və İranın milli suverenliyinin pozulmasını pisləyib. O, həmçinin İranın beynəlxalq hüquqa uyğun olaraq qanuni özünümüdafiə hüququnu vurğulayıb.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazı üzərində ABŞ-a məxsus Apache helikopterinin vurulmasından sonra İrana qarşı bir sıra zərbələr endirildiyini açıqlayıb. Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarını hədəfə alıb.
Aytac,
Sitat.info