ABŞ və İran arasında razılaşma bir həftəyə də əldə oluna bilər - Vens

13:41 10 İyun 2026

ABŞ-ın vitse-prezidenti JD Vance bildirib ki, Vaşinqton və Tehran arasında mümkün razılaşma üzrə danışıqlar aylarla davam edə bilsə də, tərəflər bir həftə ərzində də anlaşmaya nail ola bilərlər.

Sitat.info xəbər verir ki, CBS News-a müsahibəsində Vens qeyd edib ki, ABŞ İranın nüvə proqramını uzunmüddətli perspektivdə məhdudlaşdıracaq və Vaşinqtonun maraqlarına cavab verəcək saziş əldə etməyə çox yaxındır.

Onun sözlərinə görə, məqsəd təkcə hazırkı dövrdə deyil, gələcəkdə də İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır. Vens vurğulayıb ki, bu hədəfə çatmaq üçün hələ müəyyən işlər görülməlidir.

ABŞ rəsmisi əlavə edib ki, aralıq seçkilərinə qədər vəziyyət daha aydın olacaq. O, razılaşmanın yaxın bir həftədə də, bir neçə ay sonra da əldə edilə biləcəyini istisna etməyib.

Tehran,

Sitat.info 



Xəbər xətti