İrana yeni zərbələr endirilə bilər - Tramp hədələdi

17:15 10 İyun 2026

İranın elektrik stansiyalarına və körpülərinə yeni zərbələr endirilməsi barədə əmr verə bilərəm.

Sitat.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Foks Nyus" kanalına müsahibəsində deyib.

"Ola bilsin ki, davam edəcəyəm. Onların saziş bağlamaq və xilas olmaq şansı var idi. İran tərəfi razılaşmanın əldə olunmasını həddindən artıq yubadıb, bu da indiki vəziyyətə gətirib çıxarıb", - Tramp əlavə edib.



Xəbər xətti