Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Ermənistan yenidən KTMT tədbirlərində iştirak etmədi, baxmayaraq ki, formal olaraq təşkilatın tamhüquqlu üzvü olaraq qalır”, - o bildirib.
Lavrov həmçinin qeyd edib ki, Ermənistanın AB və Aİİ arasında seçim etməsi məsələsi aktualdır:
“Ermənistan artıq Avropa Birliyinə qoşulmaqla bağlı qanun qəbul edib, ona görə də məsələ artıq aktualdır”.