Bu gecə İrana çox sərt zərbələr endirəcəyik - Tramp

17:24 11 İyun 2026

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında paylaşım edərək ABŞ ordusunun bu gecə İrana qarşı “çox sərt” zərbələr endirəcəyini bildirib.

Sitat.info xəbər verir ki, Tramp İranın donanmasının, hava qüvvələri, radar və hava hücumundan müdafiə sistemlərinin böyük hissəsi artıq sıradan çıxarıldığını iddia edib. 

Tramp həmçinin yaxın gələcəkdə İranın əsas neft ixrac mərkəzi olan Xarq adasından və digər enerji infrastrukturu obyektlərinin ABŞ-ın nəzarətinə keçəcəyini bildirib.

Onun sözlərinə görə, ABŞ İranın neft və qaz bazarlarına tam nəzarət etməyi planlaşdırır.

ABŞ lideri əlavə edib ki, ötən gecə İrana 250 milyon dollar dəyərində bombalar atılıb və Tehranın razılaşma əldə etmək istədiyini iddia edib. 

Buna cavab olaraq İran Xarici İşlər Nazirliyi ABŞ hücumlarının ölkənin suverenliyinə qarşı olduğunu və apreldə elan edilmiş atəşkəsi faktiki olaraq mənasız hala gətirdiyini bəyan edib. Rəsmi Tehran hücumların mənbəyinə qarşı qanuni müdafiə hüququndan istifadə edəcəyini vurğulayıb

İran İnqilab Keşikçiləri Korpusu isə ABŞ zərbələrinə cavab olaraq Küveyt, Bəhreyn və Cordan ərazilərindəki bəzi ABŞ obyektlərini hədəf aldıqlarını açıqlayıb. 

Aytac,

Sitat.info

 



Xəbər xətti