Göldə iki uşaq boğuldu - Biri babası evinə qonaq gəlibmiş

18:00 11 İyun 2026

Göygöl rayonu ərazisində yerləşən göldə 2 azyaşlı boğulub.
 
Hadisə rayonun Bəhrambağ kəndində qeydə alınıb.
 
2017-ci il təvəllüdlü R.Həsənov və onun qohumu 2016-cı il təvəllüdlü Y.Nəsibov süni göldə boğularaq ölüblər.
 
R.Həsənov üçüncü, Y.Nəsibov isə dördüncü sinif şagirdi olub. Hər iki uşağın meyiti tapılıb.
 
Məlumata görə, R.Həsənov Gəncədə yaşayıb. O, babası evinə qonaq gəlibmiş.



Xəbər xətti