“Azərsun Holdinq” Barbekü festivalının baş sponsorlarındandır

14:21 12 İyun 2026

“Azərsun Holdinq” 13–14 iyun tarixlərində Şamaxıda Barbekü festivalının keçirilməsinə
dəstək göstərir.


Sitat.infə xəbər verir ki, ölkənin ən maraqlı qastronomiya festivallarından hesab olunan BBQ Fest zəngin
kulinariya ənənələrini və əyləncəni bir araya gətirəcək. Festival çərçivəsində müxtəlif
təamlarının təqdimatı, kulinariya şouları və əyləncə proqramları təşkil olunacaq.
Qida sənayesində uzun illərdir fəaliyyət göstərən və milyonlarla istehlakçının etibarını
qazanan “Azərsun Holdinq” ölkədə qastronomiya mədəniyyətinin inkişafına, keyfiyyətli
qida məhsullarının təbliğinə və ictimai əhəmiyyət daşıyan layihələrin dəstəklənməsinə
xüsusi önəm verir.

BBQ Fest-in Baş sponsoru qismində iştirak da şirkətin bu istiqamətdə
həyata keçirdiyi təşəbbüslərin davamıdır.


“Azərsun Holdinq”in tərkibində fəaliyyət göstərən yağlar, souslar və digər qida markaları
bu festivalda iştirak edərək ziyarətçiləri öz məhsullarından ikram edəcəklər.



Xəbər xətti