Beyləqanda və Kürdəmirdə bədbəxt hadisə: İki nəfər batıb

17:51 12 İyun 2026

Kürdəmir rayon sakini kanalda batıb.

Bu barədə Sitat.info-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 Bildirilib ki, "112" qaynar telefon xəttinə Şirvan suvarma kanalının Kürdəmir rayonu, Ərəb Qubalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıclar tərəfindən 1998-ci il təvəllüdlü Emil Həsənovun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

****

Beyləqan sakini su kanalında batıb.

Hadisə Yuxarı Qarabağ kanalının Beyləqan rayonu Eyvazalılar kəndi ərazisində keçən hissəsində qeydə alınıb.

Kanalda batan şəxsin rayonun Mılabad kənd sakini, 1961-ci il təvəllüdlü Əhliman Sarıyev olduğu bildirilir.

Hadisə yerinə FHN-in dalğıc xilasetmə qrupu cəlb edilib. Axtarış əməliyyat tədbirləri davam etdirilir.



Xəbər xətti