İran zənginləşdirilmiş uran ehtiyatlarını gizlətmək üçün yeni tədbirlər görüb -CNN

10:47 13 İyun 2026

İran son həftələrdə yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının qorunmasını gücləndirmək üçün əlavə təhlükəsizlik tədbirləri həyata keçirib.

Sitat.info xəbər verir ki, bu barədə bu gün CNN telekanalı məlumat verib. 

Mənbələrin bildirdiyinə görə, bəzi yeraltı tunellər qəsdən dağıdılıb, giriş hissələrində isə minalar yerləşdirilib. Nəticədə təxminən yarım ton zənginləşdirilmiş urana çıxış əvvəlki dövrlə müqayisədə daha çətin və təhlükəli hesab olunur.

Hesabat ABŞ və İran arasında mümkün nüvə razılaşması ilə bağlı danışıqların davam etdiyi bir vaxtda yayımlanıb. Bildirilir ki, Vaşinqton İranın zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsi və ya ölkədən çıxarılması ilə bağlı mexanizmləri müzakirə edir.

CNN-in mənbələri hesab edir ki, yeni istehkamlar istənilən razılaşmanın icrasını və beynəlxalq yoxlama prosesini daha mürəkkəb hala gətirə bilər.

Aytac,

Sitat.info



Xəbər xətti