İranda edama məhkum edilmiş 139 nəfər əfv edildi

14:00 13 İyun 2026

İranda barələrində edam hökmü çıxarılmış 139 məhkum əfv edilib.
 
Bu barədə İran məhkəmə sisteminin sözçüsü Əli-Əsgər Cahangir bildirib.
 
O deyib ki, bu, Ali Rəhbərin razılığı ilə həyata keçirilib.
 
İran məhkəmə sisteminin sözçüsü vurğulayıb ki, həmin şəxslərdən şikayət yoxdur və onların təhlükəsizlik xarakterli cinayət keçmişi olmayıb, əfv edilən məhkumlar törətdikləri əməllərdən peşmanlıq ifadə ediblər.
 
///apa



Xəbər xətti