Seyid Əli Xameneinin dəfn yeri və vaxtı məlum oldu

15:00 13 İyun 2026

İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei 9 iyulda Məşhəddə dəfn ediləcək.
 
Bu barədə Seyid Əli Xameneinin dəfn mərasimi üzrə qərargahı məlumat yayıb.
 
Məlumata əsasən, Əli Xaməneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.
 
Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq 9 iyulda Məşhəddə torpağa tapşırılacaq.
 
///APA



Xəbər xətti