“WhatsApp” bəzi telefonlarda fəaliyyətini dayandıracaq

17:00 13 İyun 2026

WhatsApp tətbiqindən istifadə edənlər üçün vacib dəyişiklik elan olunub.
 
Sitat.info xəbər verir ki, Meta köhnə əməliyyat sistemlərinə dəstəyi mərhələli şəkildə dayandırmağa hazırlaşır. Şirkətin qərarı nəticəsində bəzi köhnə smartfon modellərində tətbiqdən istifadə mümkün olmayacaq.
 
Yeni qaydalara əsasən, 30 noyabr 2026-cı ildən etibarən "WhatsApp" yalnız iOS 15.5 və daha yeni versiyalarla işləyən "iPhone" cihazlarını dəstəkləyəcək. Bu səbəbdən bəzi köhnə "Apple" modellərinin istifadəçiləri tətbiqdən yararlana bilməyəcəklər.
 
Android platformasında isə dəyişikliklər 8 sentyabr 2026-cı ildən qüvvəyə minəcək. Həmin tarixdən sonra Android 6.0-dan daha köhnə əməliyyat sistemlərinə malik cihazlarda tətbiqin fəaliyyəti dayandırılacaq.
 
Şirkət bildirib ki, qərarın əsas məqsədi təhlükəsizlik səviyyəsini yüksəltmək, yeni funksiyaların daha sabit işləməsini təmin etmək və istifadəçi təcrübəsini yaxşılaşdırmaqdır.
 
Meta köhnə cihazlardan istifadə edən şəxslərə məlumatlarını əvvəlcədən ehtiyat nüsxədə saxlamağı və imkan daxilində əməliyyat sistemlərini yeniləməyi tövsiyə edib./milli.az/



Xəbər xətti