Məhkəmə Baş Gömrük İdarəsinin rəis müavini haqqında həbs qərarı verdi

17:40 13 İyun 2026

İyunun 11-də Baş Prokurorluğun İstintaq idarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatla bağlı yeni detallar məlum olub.
 
Sitat.info  "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılan 4 gömrük əməkdaşından daha ikisi sərbəst buraxılıb.
 
Daha əvvəl saxlanılanlardan birinin izahatı alınandan sonra sərbəst buraxıldığını yazmışdıq.
 
Məlumata əsasən, saxlanılan şəxslərdən biri - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin növbə rəisi müavini İsmayıl Əliyev barəsində isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Faktla bağlı araşdırmalar davam edir.



Xəbər xətti