Çimərliklərdə təcili tibbi yardım olacaqmı?

16:22 15 İyun 2026

Çimərliklərdə tibbi yardım ehtiyacının yarana bilmə zərurəti nəzərə alınaraq, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən müvafiq tədbirlər görülür.

Bu barədə Sitat.info-ya TƏBİB-dən bildirilib.

Məlumatda bildirilib ki, çimərliklərdə hər hansı boğulma hadisəsi baş verdikdə və Təcili Tibbi Yardım xidmətinə çağırış daxil olduqda, həmin ərazilərə coğrafi baxımdan daha yaxın olan təcili yardım stansiyalarından briqadalar yönləndirilir.

Qeyd edək ki, çimərliklərin çoxluğu, həmçinin təcili yardım çağırışlarının intensivliyi nəzərə alınaraq hər bir çimərlikdə ayrı-ayrılıqda briqadaların birbaşa təhkim olunması nəzərdə tutulmur.



Xəbər xətti