Ərdoğan Qətərə səfərə gedir

10:39 14 İyul 2026

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 14-də sabiq Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Saninin vəfatı ilə əlaqədar başsağlığı vermək üçün Qətərə səfər edəcək.

Sitat.info  Trthaber-ə istinadən xəbər verir ki, Şeyx Həməd uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib və Dohadakı Lusail qəbiristanlığında dəfn olunub.

Onun ölümü ilə əlaqədar Qətərdə 4 günlük rəsmi matəm elan edilib.

Şeyx Həməd bin Xəlifə Al Sani 1995–2013-cü illərdə Qətərə rəhbərlik edib, 2013-cü ildə hakimiyyəti oğlu Şeyx Təmim bin Həməd Al Saniyə təhvil verib.

Aytac,

Sitat.info



Xəbər xətti