"Kim sübut etsə, 100 azn pul verəcəm" - Eyyub Hüseynov

16:06 27 İyul 2026

Son illər sosial şəbəkələrdə yayılan plastik düyü iddiaları yenidən müzakirələrə səbəb olub. Bu gün Bakıda yerləşən mağazalardan birində birində plastik düyü satılması video paylaşılıb.

Düyünün standart ölçüdə olması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Bəs, əsl düyü necə olamlıdır? 

 

Mövzu ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri  Eyyub Hüseynovla əlaqə saxladıq.

O bildirdi ki, Azərbaycanda plastik düyü deyilən məhsul yoxdur:

"Azərbaycanda plastik düyü deyilən bir şey mövcud deyil. Kim bunu sübut etsə, 100 AZN pul verəcəyəm. Düyünü yandıranda onun nə olduğu məlum olur. Bu iddialar kökündən yanlışdır və dezinformasiyadır. Belə düyü yoxdur".

Onun sözlərinə görə, bəzi insanların saxta düyü hesab etdiyi məhsul əslində emal prosesindən keçmiş düyüdür:

"Düyünün eyni ölçüdə olması normaldır. Çünki çəltik vaxtında isladılır, sonra üz qabığından təmizlənir və xüsusi avadanlıqlardan keçirilir. Daha sonra xüsusi ələkdən keçirildiyi üçün düyü dənələri eyni ölçüdə görünür. Burada qeyri-adi heç nə yoxdur. Üstəgəl, xanımlarımız düyünü düzgün bişirmirlər. Bu da əsassız iddiaların yaranmasına səbəb olur".

Nigar,

Sitat.info

 

 



Xəbər xətti