Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Hörmüz boğazında bir gəminin naməlum obyekt tərəfindən vurulduğunu açıqlayıb.
Sitat.info xəbər verir ki, məlumata görə, obyekt gəminin mühərrik bölməsinə dəyib. Hadisə nəticəsində ekipaj üzvləri arasında itkilər olduğu bildirilir.
Digər ekipaj üzvlərinin isə Oman Sahil Mühafizəsi tərəfindən xilas edildiyi açıqlanıb.
Hadisənin bütün detalları araşdırılır.
Aytac,
Sitat.info