Azərbaycan və Serbiya arasında strateji münasibətlərin inkişafı müzakirə edildi
Azərbaycan və Serbiya arasında strateji münasibətlərin inkişaf perspektivləri müzakirə edilib.
Sitat.info xəbər verir ki, Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə bu ölkənin Xarici İşlər Nazirliyinin katibinin köməkçisi Tamara Rastovaç Siamaşvili ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında strateji münasibətlərin uğurla inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.