Evdə yanğın oldu - 45 yaşlı qadın öldü

Evdə yanğın oldu - 45 yaşlı qadın öldü
HADİSƏ 03 Oktyabr 2026 09:30
Tovuzda fərdi yaşayış evində yanğın olub.

Sitat.infoxəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində qeydə alınıb.

Belə ki, hadisə zamanı 1981-ci il təvəllüdlü Nuriyyə Hüseynova yanıq xəsarətləri alıb. İlkin məlumata görə, qadın xəstəxanaya aparılsa da, onun öldüyü müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.