Tural Abbaslıdan bahalaşmaya etiraz - "Siyasi təlatümlərə gətirib çıxara bilər"

19:42 11 Avqust 2022

Market və mağazalarda ərzaq və digər gündəlik tələbat məhsullarının qiymətlərində bahalaşma səngimək bilmir.
Həlli üçün hökümət hər hansı addım atmamaqla yanaşı sosial paket də həyata keçirilmədi. Sentyabra doğru hansısa proseslər ola bilərmi? Artan qiymətlər qarşılığında tələbatı qarşılaya bilməsi üçün neçə faiz civarında artım olmalıdır? 
Qarşıdakı aylarda insanların sosial təminatı üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirdi ki, qiymət artımları çoxdan narahatedici vəziyətə gəlib çıxıb: ”Marketlərdə gündəlik istehlak məhsullarında müxtəlif dərəcəli qiymət artımlarını müşahidə edirik. Çünki özümüz də alıcıyıq, istehlakçıyıq və bu artımlar çoxdan narahatedici vəziyətə gəlib çıxıb. Qeyri rəsmi bəlkə də bütün məhsulların qiyməti 40-45% civarında artıb. Amma nə maaşlarda, nə pensiyalarda, nə də təqaüdlərdə bu qədər artım yoxdur. Ən azından inflyasiya kompensasiyası kimi bu artımlar bahalaşmanı qarşılamır”.


Tural Abbaslının sözlərinə görə hakimiyyət də bu istiqamətdə heç bir addım artmır: ”Məsələn, hansısa məhsulların vergisi vergidən azad oluna bilər, yaxud dövlət hər hansı ərzaq, gündəlik istehlak məhsullarının qiymətinin düşməsi üçün paketlər tərtib edə bilər. Görünən odur ki, hakimiyyət vəziyətin nə qədər ağır olduğunu ya qəbul etmir, ya elə olmadığını düşünür. Ona görə də bu istiqamətdə addım atmır. 

Tural bəy qeyd etdi ki, sentyabrda məktəblərin, tədrisin başlanması ilə inflyasiya, qiymət artımı daha çox  hiss  olunacaq:” Bu da siyasi təlatümlərə gətirib çıxara bilər. Ən azı Şrilanka nümuməsi var ki, qiymət artımı bizdəki qədər idi. İnsanlar küçələrə axışdı və nəticədə hakimiyyət dəyişikliyi baş verdi. Azərbaycanda xaotik proseslərin başlamağını istəməzdik. Amma hakimiyyət daxili iqtisadi məsələlərdə heç bir addım atmaq niyyətində deyil”.


Tural Abbaslı hakimiyyətin belə problemin olduğunu qəbul etmədiyi təqdirdə istənilən təklifin mənasız olduğunu vurğuladı:”  Müxtəlif dönəmlərdə müxtəlif ekspertlər tərəfindən təkliflər verilir. Sadəcə bu təklifləri icra edəcək siyasi iradə yoxdur. Hakimiyyət belə problemin olduğunu qəbul etmirsə, istənilən təklif mənasızdır. Yoxsa atılmalı olan addımlar var.  Dünyanın ən güclü iqtisadiyyatları olan ölkələr belə müxtəlif iqtisadi paketlər tətbiq edir. İstər yanacaq, istər gündəlik ərzaq məsələlərində, kənd təsərrüfatında lazım olan gübrələr və digər məsələlərdə. Azərbaycanda isə heç bir istiqamətdə bu addım atılmayıb. Təssüfflə qeyd edirik ki, onun da nəticələri də olacaq.Xalq dili ilə desək, pul xərcləmək lazımdır. İnsanların gəlirini artırmaq lazımdır. Əlavələr, artımlar və güzəştlərlə insanların heçolmasa əvvəki alıcılıq qabiliyyəti bərpa olunsun. Amma gözlənilən deyil. Hakimiyyət qeyri, lazımsız sahələrə kifayət qədər mailiyyə ayırır. Payız aylarında iqtisadi problemlər artıq özünü siyasi problem kimi gündəmə gətirəcək”.

Nigar Abuzər,

Sitat.info



Xəbər xətti