Qubada avtobus yük maşını ilə toqquşdu, ölən var - FOTO

13:48 5 Dekabr 2025

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonunun Vəlvələ kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sərnişin avtobusu "Ford" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb. O, Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.//APA



Xəbər xətti