DİQQƏT! Bu şəxslər cərimələnəcək - Qanunda dəyişiklik edildi

12:27 5 Dekabr 2025

Motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə edənlər cərimə ediləcək.

Sitat.info xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin bu gün birgə keçirilən iclasında müzakirəyə çıxarılan “İnzibati Xətalar Məcəlləsi"nə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri mopedi daşımağa görə qırx manat məbləğində cərimə ediləcək.



Xəbər xətti