İrəvandakı ticarət mərkəzində baş verənlər terror aktı deyil.
SİTAT.İNFO xəbər verir ki, bunu Ermənistan fövqaladə hallar naziri Armen Pambuxçyan deyib.
"Partlayış anının videosuna baxsaq, terror aktından söhbət gedə bilməz. Əvvəl yanğın olub, sonra tüstü yayılıb, ardınca isə partlayış baş verib", - Pambuxçyan bildirib.
Qeyd edək ki, İrəvanın “Sürməli” ticarət mərkəzində baş verən partlayış nəticəsində 61 nəfər yaralanıb, 6 nəfər isə ölüb. (Axar.az)