Krımda 45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - Foto
Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir azərbaycanlı həlak olub.
Sitat.info xəbər verir ki, Ukraynanın Krıma endirdiyi dron zərbəsində 45 yaşlı Mahir Məmmədov həyatını itirib.
Bildirilib ki, M.Məmmədov yük avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi dronla vurulub, nəticədə, yanğın olub və həmyerlimiz vəfat edib.
Mahir Məmmədovun Bolnisinin Arıxlı kəndindən olduğu və cənazəsinin doğma yurduna aparılması istiqamətində işlərin həyata keçirildiyi qeyd edilib.