100 manat + 2 bal cərimələndiyi qayda pozuntusunu paylaşdı - Foto

100 manat + 2 bal cərimələndiyi qayda pozuntusunu paylaşdı - Foto
Gündəm 12 Sentyabr 2026 14:26
Tanınmış aktrisa Xəyalə Quliyeva yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib.
Sitat.info xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.
O, paytaxtın prospektlərindən birində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa "Nissan” markalı minik avtomobili ilə daxil olduğuna görə inzibati məsuliyyətə cəlb edilib.
Ərazidəki kamera vasitəsilə Xəyalənin etdiyi qayda pozuntusu müəyyənləşdirilərək aktlaşdırılıb. O, müvafiq maddəyə əsasən 100 manat + 2 bal həddində cərimə olunub.
100 manat + 2 bal cərimələndiyi qayda pozuntusunu paylaşdı - Foto