Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib 

Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib 
Dünya 12 Sentyabr 2026 13:20

Ukrayna Prezidenti Volodimir Zelenski Mayamidə keçiriləcək G20 sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu deyib.

Bu barədə o, DW-yə verdiyi müsahibədə bildirib.

Zelenski qeyd edib ki, əgər Putin dekabrda keçiriləcək G20 sammitində iştirak edərsə, Putinlə görüşməyə hazırdır:

"Bəli, əlbəttə. Biz getməliyik. Görüşməli, danışmalı və qərarlar qəbul etməliyik. Ona nə dediyim və ya onun mənə nə demək istədiyi vacib deyil. Bunlar əhəmiyyətli deyil. Əsas olan nəticədir."