Pezeşkian BRİKS sammitində Qərbin sanksiyalarını tənqid edib

Pezeşkian BRİKS sammitində Qərbin sanksiyalarını tənqid edib
SİYASƏT 12 Sentyabr 2026 16:03

Bu gün İran prezidenti Məsud Pezeşkian BRİKS sammitində çıxışı zamanı birtərəfli və ədalətsiz sanksiyalara qarşı ciddi və əməli tədbirlərin görülməsini müstəqil ölkələr üçün əsas prioritetlərdən biri adlandırıb. Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Pezeşkian bildirib ki, insanların dolanışığını, xəstələrin və uşaqların sağlamlığını, eləcə də xalqların inkişaf imkanlarını hədəf alan sanksiyalara qarşı mübarizə aparılmalıdır. O, davamlı təhlükəsizliyin milli suverenliyə tam hörmət və “bəziləri üçün təhlükəsizlik, digərləri üçün təhlükəsizliksizlik” yanaşmasının rədd edilməsi əsasında qurulmalı olduğunu vurğulayıb. İran prezidenti, habelə, bir ölkənin ərazisindən qonşulara qarşı təhdid və ya hərəkətlər üçün istifadəyə yol verilməməsinin əsas prinsip olduğunu deyib.

Aytac,

Sitat.info