İranlı həkimdən Netanyahunun sağlamlığı ilə bağlı sensasiyalı iddia: "Tezliklə vəfat edəcək"
İranlı həkim Əmir Foruği tərəfindən sosial mediada İsrailin Baş naziri Benyamin Netanyahunun sağlamlığı ilə bağlı paylaşılan iddia gündəm olub.
Sitat.info xəbər verir ki, həkim Netanyahunun fotosunu paylaşaraq, bu sahədəki "yüksək təcrübəsinə" əsaslandığını və baş nazirin xərçəng xəstəliyinə tutulduğunu, tezliklə vəfat edəcəyini iddia edib. Bu iddia sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Bir çox istifadəçi və mütəxəssis təkcə fotoşəkilə baxaraq xərçəng diaqnozu qoymağın və ya ölüm vaxtı təyin etməyin tibbi baxımdan qeyri-mümkün olduğunu, müayinə, MRI və laborator analizləri olmadan belə iddiaların əsassız olduğunu bildirərək, həkimi tənqid edib.
Aytac,
Sitat.info