İrəvanda partlayışda itkin düşənlərdən biri iranlıdır

17:25 15 Avqust 2022

Xəbər verdiyimiz kimi, İrəvanda “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışda 18 nəfərin taleyi barədə məlumat yoxdur.

“Sitat info” “Sputnik Ermənistan”a istinadən bildirir ki, onlardan biri İran vətəndaşı Mehri Tahreridir.

İtkin düşmüş şəxslərin axtarışları davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində ümumilikdə 61 nəfər hospitalizə edilib, 6 nəfər həyatını itirib.

/Qafqazinfo

 



Xəbər xətti