Rusiyalı blogerin 2008-ci ildə Ağdamda çəkdiyi görüntülər ortaya çıxıb.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, görüntülər azərbaycanlılara məxsus qəbiristanlıqda qeydə alınıb.
Bloger çəkiliş zamanı ermənilərin qəbir daşlarını dağıtmasına heyrətlənib:
“Mən başa düşə bilmirəm, qəbir daşlarını necə dağıtmaq olar? Bunu heç cür başa düşə bilmirəm”.
2020-ci ildə Azərbaycan Ordusu Ağdamı işğaldan azad etdikdən sonra bəlli oldu ki, bu ərazilərdə bir dənə də olsun qəbir daşı salamat qalmayıb, tam olaraq yox edilib.