Azərbaycan Gürcüstanın ən böyük ixracatçıları arasında yer alıb.
“Report” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, 2022-ci ilin yanvar-iyul aylarında Gürcüstanın ümumi ixrac həcmində 10 ən böyük ixracatçı ölkənin payı 79,6 % təşkil edib. İlk üç ixracatçı Çin (475,6 milyon ABŞ dolları), Azərbaycan (351,5 milyon dollar) və Rusiyadır (339,1 milyon dollar).
Qeyd edilir ki, yanvar-iyul aylarında ixrac 36,4 %, idxal isə 34,8% artıb. Bu dövrdə xarici ticarət dövriyyəsi 10 188,1 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,3 % çoxdur.
Statistika Xidməti qeyd edib ki, ixracın payı 3 100,7 milyon ABŞ dolları (36,4 % çox), idxalın payı isə 7 087,4 milyon ABŞ dolları (34,8% çox) təşkil edib.
2022-ci ilin yanvar-iyul aylarında Gürcüstanın mənfi ticarət saldosu 3 milyard 986,7 milyon dollar (xarici ticarət dövriyyəsinin 39,1 faizi) təşkil edib.