Koronaya yoluxanların sayı kəskin azaldı

17:03 22 Avqust 2022

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 112 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sitat.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 808 713 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 795 222 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 698 aktiv xəstə var. Bu günə qədər 9 793 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 280, bu günə qədər isə ümumilikdə 7 122 716 test icra olunub.

 

 



Xəbər xətti