Lavrovdan Türkiyə açıqlaması: Hərbi əməliyyatlar...

17:23 23 Avqust 2022

Suriyanın şimalında yeni hərbi əməliyyatların başlanmasının qarşısını almaq üçün Dəməşq və Ankaranın mövcud kanallardan istifadə etməklə razılığa gəlməsi vacibdir.

SİTAT.İNFO xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Suriyanın şimalında vəziyyətin necə inkişaf edə biləcəyi sualına gəlincə, əsas olan yeni hərbi əməliyyatların qarşısını almaq, Suriya ilə Türkiyə arasında əvvəllər münasibətlərdə faktiki mövcud olan siyasi prinsiplər əsasında diplomatik kanallarla danışıqları bərpa etməkdir. İki ölkə arasında belə razılaşmalar 1998-ci ildə terror təhlükəsini azaltmaq məqsədilə qəbul edilib. Suriya bunu tanıyır və tam nəzarət bərpa edildikdən sonra öz suveren ərazisi üçün məsuliyyət daşımağa hazırdır. Biz bu mövqeyi dəstəkləyirik”, - Lavrov bildirib. (axar.az)



Xəbər xətti