Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü keçirilib.
SİTAT.İNFO xəbər verir ki, prezidentlər görüşdə çıxış ediblər.
Görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.