Xəbər verdiyimiz kimi, Türkiyə musiqisinin imperatoru İbrahim Tatlıses Bodrumda yol qəzasına düşüb. O, digər 4 yaralı ilə birlikdə xəstəxanaya yerləşdirilib.
“Sitat.info” “Hürriyet”ə istinadən xəbər verir ki, müğənninin yerləşdirildiyi xəstəxanadan görüntüləri yayımlanıb.
O, vəziyyətinin yaxşı olduğunu mahnı oxumaqla göstərib.
Xəstəxanadan verilən məlumata görə, sənətkarın ayağında iki sınıq var.
Məlumata görə, İ. Tatlıses axşam saatlarında Yalıkavakda səhnəyə çıxacağı restorana gedərkən qəzaya düşüb.
/Qafqazinfo