Xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başlayıb.
“Sitat.info” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında yazıb.
“Ümumilikdə 160 daimi və qeyri-rezident diplomatik korpusun nümayəndələri ilə təyyarə ilə Füzuliyə uçuruq, sonra isə Şuşaya gedəcəyik. Yol boyu diplomatik korpusun nümayəndələri minalardan təmizləmə əməliyyatlarını və kütləvi bərpa işlərini görəcək, xüsusi nümayəndələrin təqdimatlarını dinləyəcək”, - H.Hacıyev qeyd edib.