Türkiyədə toydan qayıdanlar qəzaya düşdü - 8 ölü, 9 yaralı

08:41 1 Sentyabr 2022

Türkiyənin Sivas vilayətində mikroavtobus yük maşını ilə toqquşub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 8 nəfər ölüb, 9-u isə yaralanıb.

Hadisə Kanqal rayonunda qeydə alınıb. Məlumata görə, mikroavtobusda olan şəxslər Bursadan toydan qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

 

 



Xəbər xətti