Nərimanov bələdiyyəsində Vətən müharibəsi qazisi, xüsusi təyinatlı silahli qüvvələrdə xidmət keçmiş Əmrah Əliyev işlə təmin edilib.
“Sitat.info” xəbər verir ki, bələdiyyə iclasında qazi Əmrah Əliyev kollektivə təqdim edilib.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun göstərdiyi şücaətdən danışaraq, Azərbaycan xalqının bir yumruq şəklində birləşərək torpaqlarımızı erməni işğalçılarından azad edilməsinin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını bildirib. Bu gün dövlət başçısı tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Təmraz Tağıyev bildirib ki, bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biri də ölkə başçsının tapşırıq və tövsiyələrinə uyğun olaraq Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə daim yüksək qayğınin göstərilməsidir. Hazırda beş şəhid ailəsi və qazisi bələdiyyədə işlə təmin olumuşdur. Qazi Əmrah Əliyevə etimad göstərilərək bələdiyyədə məsləhətçi vəzifəsinə təyin edilib.
Qazi Əmrah Əliyev dövlət tərəfindən qazi və şəhid ailələrinə göstərilən qayğıya görə ölkə başçısına təşəkkürünü bildirib.
Qeyd edək ki, qazi Əmrah Əliyev 2016-cı ilin Aprel döyüşlərində Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmiş və 2020-ci il II Qarabağ muharibəsində xüsusi təyinatlı silahlı qüvvələrin qulluqçusu olaraq Kəlbəcər, Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənd rayonlarının işğaldan azad edilməsində iştirak edib. 24.10.2020-ci ildə düşmən tərəfindən atılan minamyot partlaşı nəticəsində kəllə-beyin travması alıb. Prezidentin Sərəncamları ilə “Hərbi xidmətlərə görə”, “Füzulinin, Xocavəndin, Cəbrayılın, Kəlbəcərin işğaldan azad olunmasına görə” medalları ilə təltif olunub.