Rayonlara yağış yağıb, Talaçaydan sel keçib - FAKTİKİ HAVA

12:40 6 Sentyabr 2022

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sitat.info-ya verilən məlumata görə, bu günə olan məlumatına əsasən Böyük Qafqazın dağlıq ərazilərindən başlayaraq bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Balakən-Şəki və Lənkəran-Astara zonasında leysan xarakterli intensiv olub.

Yağan leysan yağış nəticəsində Talaçaydan (Zaqatala) sel keçib. Lənkəranda 29.0 mm (aylıq normanın 49%-i), Astarada 24.0 mm (aylıq normanın 48%-i), Zaqatalada 16.0 mm, Balakəndə 11.0 mm, Yardımlıda 10.0 mm, Vəlvələçay-Təngəaltıda 9.0 mm (Quba), Lerikdə 8.0 mm, Əyriçay-Başdaşağılda (Oğuz) 7.0 mm, Qubada 5.0 mm, Sarıbaşda (Qax) 4.0 mm, Ləzədə 3.0 mm, Qusar, Kişçayda (Şəki) 2.0 mm, Şəki, Qəbələ, Qobustan, İsmayıllı, Qrız, Oğuzda 1.0 mm, Abşeron Dəniz rayonunda Çilov adasında yağış yağıb.

Külək: Şimal-qərb küləyi Ağdam, Ağstafa, Salyan, Neftçala, Gəncədə 20 m/s, Şirvanda 19 m/s, Naftalan, Tovuz, Tərtər, Beyləqanda 18 m/s, Ceyrançöldə 17 m/s, Mingəçevirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Neft Daşlarında 21 m/s, Çilov adasında 20 m/s, Ələtdə 19 m/s, Pirallahı, Binədə 18 m/s, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.4 m olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 8-dək davam edəcəyi gözlənilir.



Xəbər xətti