Veteran qapıçı: "Mandanda "Qarabağ"la oyunda əla təsir bağışladı"

12:30 20 Fevral 2022

"Mandanda avrokubok oyununda əla təsir bağışladı".

"SITAT.INFO"un məlumatına görə, bunu Fransa millisinin və PSJ klubunun sabiq qapıçısı Mikael Landro "Marsel"dəki həmkarı Stiv Mandanın evdə "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundakı çıxışı barədə danışarkən deyib.

O bildirib ki, 37 yaşlı qolkiper çox vaxt ehtiyatda qaldığı üçün meydana çıxanda təzyiq altında olur: "Buna baxmayaraq, son matçda qətiyyətli idi, ayaqları ilə çox yaxşı müdaxilələr etdi. Pau Lopesin də bu üstünlüyündən danışırlar. Amma Mandandanın da bu səviyyədə olması üçün keyfiyyətləri var. Hər halda, çox böyük performans sərgilədi. Onun üçün sevinirəm. Həm də "Marsel"in qələbəsinə görə çox xoşbəxtəm. Çünki biz onları avrokuboklarda görmək istəyirik".

Qeyd edək ki, "Qarabağ" və "Marsel" komandaları arasında cavab görüşü fevralın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Görüş saat 21:45-də start götürəcək./report



Xəbər xətti