Aparıcı Ülvira Qarayevanın avtomobilini soyublar.
SİTAT.İNFO xəbər verir ki, bu haqda aparıcı özü məlumat yayıb. O bildirib ki, maşının şüşələrini sındırıb, əşyalarını götürüblər:
"Səhər məhəllədə 3 maşının şüşəsini sındırıb, içinə giriblər. Mənim maşınımdan bir qab qəpik, böyük çanta kosmetika və bir də hay-hayı getmiş qulaqcıq aparıblar. Polis çağırdıq, Abşeron RPİ-nin tədqiqatçısı hadisəni protokollaşdırdı, ərizəmizi aldı. İnanmıram oğru tapıla, məhəllədə kamera yoxdur, amma nə vaxtsa ələ keçsə, barmaq izləri ilə bu işdə də əlinin olduğu sübut olunar.
Əsas məsələ - kosmetikanı neynirsən axı? Növbəti oğurluğa dodağını al qırmızı boyayıb, gedəcəksən?".