“Sülh və sabitlik yalnız Azərbaycanın ərazi bütövlüyü və qanuni hüquqları əsasında əldə edilə bilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın öz tvitter səhifəsində yazıb.
“Azərbaycan – Ermənistan sərhədində toqquşmalar narahat vericidir. Danışıqlar davam edərkən, Ermənistan təxribat xarakterli mövqelərdən uzaq durmalıdır. Sülh və sabitlik yalnız Azərbaycanın ərazi bütövlüyü və qanuni hüquqları əsasında əldə edilə bilər. Türkiyə Azərbaycanın yanındadır”, - deyə Kalın qeyd edib.