Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.
Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən bildirilib.
"Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb.
"Müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcəkdir", - nazirlikdən qeyd edilib.
Qeyd edək ki, şəhidimizin qardaşı ötən gün idmançı Kamil Zeynallı ilə görüşü zamanı qardaşı Səbuhi Əhmədovdan Komando sıralarına daxil olması üçün 6 min manat rüşvət istənildiyini açıqlayıb.