"Qazaxıstanda etirazçılar diz çökməli və hərbçilərdən üzr istəməlidirlər" - Lukaşenko

00:44 8 Yanvar 2022


Sitat.info xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Qazaxıstanda etirazçıları hərbçilərdən üzr istəməyə və hakimiyyətlə danışıqlara dəvət edib:

“Belarusluların adından bu etirazçılara müraciət etmək istəyirəm. Mən onlara sadəcə deyərdim: hay-küy saldınız, qışqırdınız, bəsinizdir, danışıq aparmaq lazımdır. Ortaya çıxan anlaşılmazlığı aradan qaldırmaq üçün, loru dildə desək, gedib diz çökməli və hərbçilərdən üzr istəməlidirlər. Daha sonra isə hakimiyyətlə, Tokayevlə masa arxasına oturmaq lazımdır”.



Xəbər xətti