ABŞ-dan sərt xəbərdarlıq- Rusiya müdaxilə etsə...

14:17 8 Yanvar 2022

ABŞ-ın NBC telekanalı yanvarın 10-da Cenevrədə keçirilməsi planlaşdırılan ABŞ-Rusiya Strateji Dialoqunun iclasında müzakirə ediləcək mövzuları açıqlayıb.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, telekanal iclasda əsas mövzulardan birinin hər iki ölkənin Şərqi Avropadakı hərbi varlığının azaldılması olduğunu iddia edib.

İddiaya görə, Bayden rəhbərliyi hər iki ölkənin Şərqi Avropadakı hərbi varlığını və təlimləri azaltması üçün təkliflər edəcək. Bundan başqa, masada Rusiyanın Kalininqradda yerləşdirdiyi “İsgəndər” raketlərinin də müzakirə ediləcəyi bildirilib.

Məsələ ilə bağlı açıqlama verən ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays telekanalın iddialarını təkzib edib:

“Biz Rusiyaya qarşı açıq şəkildə mövqeyimizi ortaya qoymuşuq. Əgər Rusiya Ukraynaya növbəti dəfə müdaxilə edərsə, NATO-nun şərq cinahındakı tərəfdaşlarımızı gücləndirəcəyik”.

 



Xəbər xətti