Qırğızıstan və Tacikistan sülh protokolu imzaladı

22:05 19 Sentyabr 2022

Tacikistan və Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbərləri sülh protokolu imzalayıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlar Tacikistanda “Guliston” sərhəd-keçid məntəqəsi ərazisində görüşüblər.

Söhbət zamanı tərəflər atəşkəs rejiminə riayət olunmasının vacibliyini vurğulayıblar.

Tərəflər sərhədyanı rayonların sakinlərinin təhlükəsizliyinin təmin edilməsi məsələsinə xüsusi diqqət yetirilməsi haqda yekdil fikrə gəliblər.

İclas üç bənddən ibarət protokolun imzalanması ilə başa çatıb. Beləliklə, qoşunların sərhəddən daimi dislokasiya yerlərinə çıxarılması nəzərdə tutulur. Razılaşdırılıb ki, sərhədlərdə yalnız sərhəd dəstələri qalsın. Həmçinin, münaqişə tərəfləri qalan sərhəd məsələlərinin danışıqlar yolu ilə həllini davam etdirmək barədə razılığa gəliblər.

 

 



Xəbər xətti